Xəzər Xəbər

Fransa "Brüssel Formatı"nı mənimsəməyə və öz əlinə keçirməyə çalışır VİDEO

Veb TV | 22:30 • 12 Oktyabr 2022
Fransa "Brüssel Formatı"nı mənimsəməyə və öz əlinə keçirməyə çalışır

Fransa... Bu ölkənin Ermənistana olan sevdası hər kəsə bəllidir. Bu sevgi heç kəsdə şübhə doğurmur. Son proseslər göstərir ki, Fransa "Brüssel Formatı"nı mənimsəməyə və öz əlinə keçirməyə çalışır.30 il ərzində ATƏT-in  Minsk qrupunun həmsədri olmuş rəsmi Paris Ermənistanın yanında olduğunu nümayiş etdirib və problemin məhz Ermənistanın maraqları çərçivəsində həll edilməsi üçün əlindən gələni edib. Belə olan halda bu ölkəyə yenidən necə inanmaq olar ? Keçmişə baxanda qəti qənatə gəlmək olar ki, Fransa heç bir halda Azərbaycanla Ermənistan arasında vasitəçi ola bilməz. Bu ölkə sülhə  töhvə verməkdən daha çox, Azərbaycana qarşı məkrli planlar qurur.

Fransa hər zaman Azərbaycana qarşı bir tərəfli mövqedə olub. Bu günə  qədər Azərbaycan xalqına qarşı törədilmiş çoxsaylı cinayətlərlə bağlı heç vaxt konkret münasibət ortaya qoymayıb. Bunu politoloq Zaur Məmmədov bildirib.

Onun sözlərinə görə bunun bariz nümunəsi kimi Ermənistanın basdırdığı minaların partlaması nəticəsində 250-dən çox Azərbaycan vətəndaşının həlak olması və ya yaralanması,1-cı qarabağ müharibəsində  4000-ə yaxın azərbaycanlının itkin düşməsi, yüzlərlə həmvətənlimizin qətlə yetirilərək kütləvi məzarlıqlarda dəfn olunması faktları ilə bağlı bir dəfə olsun fransa höküməti tərəfindən mövqe bildirilməyib.Belə olan halda  Fransa heç bir halda Azərbaycanla Ermənistan arasında vasitəçi ola bilməz. Qəti ermənipərəst siyasət yürüdən Fransa erməni lobbisinin güclü təsiri altındadır və Ermənistanın maraqlarını hər zaman  açıq şəkildə müdafiə edib və etməkdə də davam edir.

Zaur Məmmədovun sözlərinə görə 30 illik vasitəçilik dövründə ATƏT-in  Minsk Qrupunun həmsədri kimi Fransa, Ermənistanın yanında olduğunu nümayiş etdirib və problemin Ermənistanın maraqları çərçivəsində həll edilməsi üçün əlindən gələni edib.Belə olan halda isə  Azərbaycan xalqı Fransaya inanmır və inana da bilməz. 

Politoloq həmçinin onuda vurğulayıb ki, Fransanın bir sıra ölkələrdə həyata keçirdiyi soyqırımı siyasəti, müsəlman ölkələrinə qarşı qərəzli mövqeyi, müsəlmanlara qarşı dini və irqi ayrıseçkiliyi məlum həqiqətlərdir. 

 

Xəbər lenti