Xəzər Xəbər

Tovuz və Qubada ağır yol qəzaları - 3 nəfər ölüb, yaralılar var VİDEO

Veb TV | 19:44 • 28 İyun 2022
Tovuz və Qubada ağır yol qəzaları - 3 nəfər ölüb, yaralılar var

Tovuzda ağır yol qəzası baş verib. VAZ markalı iki avtomobil toqquşub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb.

Hadisə nəticəsində 25 yaşlı Həzirətabbas Hümbətov və 17 yaşlı Aykut Atayev hadisə yerində dünyasını dəyişiblər. Daha 3 nəfər - 13 yaşlı Uğur Hüseynov, 21 yaşlı Elşən Quliyev və 20 yaşlı  Nurlan Abbasov müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Xəsarət alanların vəziyyəti orta-ağır və ağır qiymətləndirilir.

Qubada isə avtomobil Samur-Abşeron kanalına aşıb, sərnişin boğulub. İyunun 27-də saat 22 radələrində rayonun  Hacıhüseynli kəndi ərazisində Qımılqışlaq kənd sakini Sərxan Əlixanov idarə etdiyi  avtomobili Samur-Abşeron kanalına aşırıb. Nəticədə sürücü sudan çıxarılıb, sərnişini Rəvan Əmirov isə suda boğulub.

Hər iki faktlarla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti