Xəzər Xəbər

Murovdağ tunelindən əlavə daha üç tunel inşa ediləcək VİDEO

Tikinti  işlərinin 2025-ci ilədək yekunlaşdırılması nəzərdə tutulur
Veb TV | 20:25 • 28 İyun 2022
Murovdağ tunelindən əlavə daha üç tunel inşa ediləcək

İşğaldan azad olunmuş rayonlarda yol infrastrukturu yenidən qurulur. Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunel də bu layihələr arasındadır. Hazırda iki çıxış, iki giriş olmaqla, dörd hissədə tikinti-quraşdırma işləri sürətlə davam etdirilir. 

Xezerxeber.az-ın məlumatına görə, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi layihəsi çərçivəsində Murovdağ tunelindən əlavə daha üç tunel inşa ediləcək.

Tikinti  işlərinin 2025-ci ilədək yekunlaşdırılması nəzərdə tutulur.

Kəlbəcər rayonunda Lev çayı üzərində  yeni tikilmiş 4,4 mvt gücündə "Kəlbəcər-1" kiçik su elektrik stansiyası işğaldan azad edildikdən sonra Kəlbəcərdə tikilərək istismara verilən ilk enerji istehsalı obyektidir.

 Təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanının tikintisinin 2024-cü ildə tamamlanması planlaşdırılır. Hava limanının uçuş zolağının uzunluğu 3000 metr, eni isə 60 metr olacaq. 

Həkəri Su Anbarının isə Laçın rayonu ərazisindən axan Həkəri çayı üzərində quraşdırılması planlaşdırılır.

Bu barədə "Azərbaycan Meliorasiya və Su Təchizatı" ASC-nin rəsmisi İlqar Məhərrəmov deyib.

Su anbarının həcmi 91 milyon kuba yaxındır,  hündürlüyü isə 76 metrdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti