Xəzər Xəbər

Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin görüşü keçirilib VİDEO

Veb TV | 20:12 • 28 İyun 2022
Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin görüşü keçirilib

İyunun 28-də Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Turizm Nazirlərinin 11-ci Konfransı çərçivəsində üzv ölkələrin yüksəkvəzifəli şəxslərinin iclası keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, iclasda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev işğaldan azad edilmiş ərazilərdə tarixi abidələrin bərpası məsələsinə toxunub.

O, bu istiqamətdə ciddi işlərin görüldüyünü deyib.

İslam Əməkdaşlığı Təşkilatının Baş katibinin müavini Əhməd Sengendo isə jurnalistlərə açıqlamasında bildirib ki, təmsil etdiyi qurum Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib. O, ötən il işğaldan azad edilmiş əraziləri ziyarət etdiyini, dağıntıları öz gözləri ilə gördüyünü və bu mənzərənin ürəkağrıdıcı olduğunu deyib.

Təşkilatın Baş katibi Hissein Brahim Taha isə İƏT üzvləri arasında turizm əlaqələrinin genişlənməsinin İslam həmrəyliyinə töhfə verdiyini bildirib. Daha sonra konfransda bir sıra mühüm məsələlər müzakirə olunaraq, müxtəlif ölkələrin turizm təcrübəsi haqqında təqdimatlar edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti