Xəzər Xəbər

FHN mina axtarışında ilk dəfə itlərdən istifadə etdi VİDEO

Veb TV | 21:27 • 3 Dekabr 2021
FHN mina axtarışında ilk dəfə itlərdən istifadə etdi

Fövqəladə Hallar Nazirliyi tərəfindən bu gün bir qrup media nümayəndəsinin Ağdama səfəri təşkil olunub. Məqsəd işğaldan azad olunmuş ərazilərdə aparılan minatəmizləmə əməliyyatlarını əyani şəkildə nümayiş etdirməkdir. Mütəxəssislər vurğulayıblar ki, minalardan təmizlənməmiş ərazilərə daxil olmağa cəhd etməsinlər. Əks halda onlar həlak ola və ya ağır xəsarət ala bilərlər. 

Xüsusi təlim keçmiş itlər mina axtarışına çıxıb. Digər tərəfdə isə istehkam qrupları xüsusi minaaxtaran avadanlıqlarla əraziləri təmizləyirlər.

Görüntülər Fövqəladə Hallar Nazirliyinin Ağdamın Maqsudlu kəndində minatəmizləmə əməliyyatındandır. 

Minaxtaranların təhlükəsizliyi maksimum şəkildə təmin edilir. Baş verə biləcək xoşagəlməz hadisələrə çevik reaksiya vermək üçün tibb maşını da hazır gözləyir.

Mütəxəssislər insanlara tövsiyə edirlər ki, təhlükə riskini nəzərə alıb mina və partlamamış hərbi sursatlardan təmizlənməmiş ərazilərə daxil olmasınlar.

 

Xəbər lenti