Xəzər Xəbər

Əli Əsədov qiymət artımından DANIŞDI VİDEO

Veb TV | 19:59 • 3 Dekabr 2021
Əli Əsədov qiymət artımından DANIŞDI

Milli Məclis 2022-ci il dövlət büdcəsi haqqında qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Payız sessiyasının plenar iclasında hökümət üzvləri  də iştirak edib. Baş nazir Əli Əsədov qiymət artımı, millət vəkillərinin səsləndirdikləri problemlər və digər qaldırılan məsələrə münasibət bildirib. Əli Əsədov növbəti ildə pandemiya ilə mübarizə üçün ciddi addımların atılacağını bildirib.

Süni qiymət artımının qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görüləcək. Bunu Milli Məclisin iclasında büdcə zərfinin qəbulu ilə bağlı çıxışında Baş nazir Əli Əsədov deyib.

Baş nazir millət vəkillərinin qiymət artımı ilə bağlı qaldırdıqları məsələlərə münasibət bildirib. Əli əsədov qeyd edib ki, pandemiya istehsal həcmlərinə mənfi təsir göstərib. Hökümət bu istiqamətdə bir sıra addımlar atacaq.

Baş nazir bir çox hallarda  ayrılan subsidiyalara baxmayaraq, əhəmiyyətli nəticələr əldə olunmadığını da bildirib. Əli Əsədov subsidiyaların verilməsinə nəzarətin ciddi surətdə gücləndiriləcəyini qeyd edib. O həmçinin deputatların təmsil olunduqları rayonlarda olan şikayətlərlə bağlı çıxışlarına da diqqət çəkib. Bildirib ki, qaldırılan bütün məsələlər hökümət tərəfindən diqqətdə saxlanılır.

Baş Nazir Gələn ilin dövlət büdcəsinin müstəqil Azərbaycanın ən böyük büdcəsi olmasına diqqət çəkib. Qeyd edib ki, 2022 ci ilin dövlət büdcəsi vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına yönəlib. Bununla yanaşı davam edən pandemiya ilə mübarizə də ön planda olacaq. O indiyə qədər vaksinasiyaya xərclənən vəsaiti də açıqlayıb.

Milli məclisdə 2022-ci ilin icmal büdcəsinin gəlirləri və xərclərində dəyişiklik edilib. Bu dəyişiklik Naxçıvan Muxtar Respublikasının büdcəsinin artımı ilə bağlıdır. Nəticədə 2022-ci il İcmal büdcənin gəlirləri 27 milyard 677 milyon manat, icmal büdcənin xərcləri isə 32 milyard 906 milyon manat məbləğində nəzərdə tutulub. Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Xəbər lenti