Xəzər Xəbər

Qaz kartlarının balansını artırmaq asanlaşacaq VİDEO

Veb TV | 20:57 • 26 Noyabr 2021
Qaz kartlarının balansını artırmaq asanlaşacaq

Növbəti ildən qaz kartlarının balansını artırmaq daha da asanlaşacaq.

Xezerxeber.az-ın məlumatına görə, bunu ''Açıq qapı'' aksiyası çərçivəsində ''Azəriqaz'' İB-nin baş direktoru Ruslan Əliyev deyib.

O bildirib ki, mənzillərə 2022-ci ildən kütləvi şəkildə smart sayğacların quraşdırılmasına başlanacaq. Bununla da vətəndaşlar istənilən nöqtədən internet üzərindən ödəniş etməklə mavi yanacaq ala biləcəklər.

Bu yenilik nəticəsində indiki smart-kart tipbli sayğaclar artıq öz aktuallığını itirəcək və onların istehsalatda qalması gözlənilmir.

Baş direktor hazırda istifadədə olan mexaniki sayğacların smart-kart tipli sayğaclardan çox sərfiyyat hesablayıb-hesablamaması sualına da aydınlıq gətirib.

Ruslan Əliyev həmçinin binaların istilik problemindən, bəzi hallarda qazanxanaların qaz təminatının dayandırılmasının səbəblərindən də danışıb. Bildirib ki, ''Azəristiliktəchizat''a qaz borcunu ödəmək üçün vaxt verilib.

""Azəristiliktəchizat"a dövlət dotasiya verir, yardım olunur. Buna görə hər bir təşkilat işini elə qurmalıdır ki, aldığı məhsulun dəyərini ödəsin",-deyə Ruslan Əliyev bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti