Xəzər Xəbər

“Zəfər yolu”ndan yeni xəbər var VİDEO

Veb TV | 741 | 21:24 • 20 Sentyabr 2021
“Zəfər yolu”ndan yeni xəbər var

Təqribən 11 ay öncə ali baş komandandan eşitdiyimiz "Şuşaya bir nəfəs qədər yaxınıq "  cümləsi Azərbaycanı necə riqqətə gətirmişdisə, erməniləri də bir o qədər qorxutmuşdu. Amma gəl ki, heç kim təsəvvür edə bilməzdi, bir nəfəs qədər yaxın olduğumuz Şuşaya getməyə yol yox idi, yalnız bir cığır nər oğullarımızı Şuşaya çatdırdı, qayaları dırmaşan igidlərimiz Şuşanı azad etdi. Bizi 30 ilin həsrətindən ayıran o cığır cəmi 10 ay ərzində adlı-sanlı, tarixi və həm də çox əhəmiyyətli bir yola - "Zəfər yolu"na döndü.  

İnşasına 10 ay əvvəl başlanan "Zəfər yolu"nda son tamamlanma işləri aparılır. Avtomobil yolları dövlət agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin sözlərinə görə Azərbaycanı həlledici zəfərə aparmış cığırın tarixi yol kimi istifadəyə verilməsinə sayılı günlər qalıb. 

Ermənistanın kapituliyasiya aktına imza atmasından cəmi 6 gün sonra Prezident İlham Əliyevin Füzuli rayonuna səfəri çərçivəsində təməli qoyulan "Zəfər yolu"nda işlər yerli və  Türkiyə şirkətləri tərəfindən həyata keçirilib. 

Qeyd edək ki, "Zəfər yolu"na paralel olaraq Əhmədbəyli-Füzuli-Şuşa yolu da inşa olunur. Bu yolun isə uzunluğu 82.6 km təşkil edir. 

Xəbər lenti