Xəzər Xəbər

Aleksandr Ata ilə vida mərasimi keçirilir VİDEO

Veb TV | 11:50 • 13 İyun 2021
Aleksandr Ata ilə vida mərasimi keçirilir

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının sabiq arxiyepiskopu Aleksandr İşeinlə (Aleksandr Ata) vida mərasimi keçirilir.

Xezerxeber.az-ın məlumatına görə, vida mərasimi Rus Pravoslav Kilsəsində keçirilir.

Aleksandr İşein Birinci Fəxri xiyabanda dəfn ediləcək.

Xatırladaq ki, Aleksandr İşein iyunun 10-da ömrünün 69-cu ilində vəfat edib.

Din xadimi kimi səmərəli fəaliyyəti yüksək qiymətləndirilən Arxiyepiskop 2002-ci ildə “Şöhrət” ordeni, 2012-ci ildə “Dostluq” ordeni, 2015-ci ildə isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Xəbər lenti

Çox oxunanlar