Xəzər Xəbər

Tankın üzərinə "Xocalının qisasını almağa gedirik!" yazıb döyüşə qatıldı, düşmənə ağır zərbə vurdu... VİDEO

Veb TV | 19:33 • 15 May 2021
Tankın üzərinə "Xocalının qisasını almağa gedirik!" yazıb döyüşə qatıldı, düşmənə ağır zərbə vurdu...

Arzusu Vətən torpağını bütöv görmək idi, elə arzusuna da çatdı. Amma özü bütöv Azərbaycanın şəhadətə ucalan övladı oldu.

Xezerxeber.az-ın məlumatına görə, uşaq vaxtından hərbçi olmaq arzusunu reallaşdıranVətən müharibəsi qəhrəmanlarından biri də şəhid zabitimiz, baş-leytenant Orxan Eminalıyev olub.

Tovuz rayonu, Aşağı Mülkülü kəndində anadan olan şəhidimiz müharibə başlamazdan əvvəl məzuniyyətə gəlib. Vətəni qədər sevdiyi anasına deyib ki, şəhid olsa məğrur dayansın. Müharibə olacaq, torpaqlarımızı nəhayət düşməndən geri alacağıq.

Orxan döyüşlərdə bir dəqiqə də olsa dayanmayıb. Düşmənin bir neçə zirehli texnikasını və çox sayda canlı qüvvəsini məhv edən igidimiz sonuncu dəfə döyüşə tankın üzərindəki pulemyotla qatılıb. Bundan sonra növbəti tankın üzərinə yazıb ki, Xocalının qisasını almağa gedirik!

Döyüş meydanında göstərdiyi cəsurluğa, hətta şəhid olmasındakı oxşarlığa görə komandirləri və silahdaşları ona "Balaca Həzi" adını veriblər.

Şəhid baş-leytenant Orxan Eminalıyev ölümündən sonra "Vətən uğrunda", "Qubadlı rayonunun azad olunmasına görə" medalları ilə təltif olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti