Xəzər Xəbər

Avropa çempionatının Bakıda keçiriləcək oyunları üçün biletlər satışa çıxarılıb VİDEO

Veb TV | 19:44 • 15 May 2021
Avropa çempionatının Bakıda keçiriləcək oyunları üçün biletlər satışa çıxarılıb

Futbol üzrə Avropa çempionatının Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarının biletləri mayın 15-dən satışa çıxarılıb.

Xezerxeber.az xəbər verir ki, azarkeşlər biletləri 6 müxtəlif satış məntəqəsində əldə edə bilərlər. Biletləri M.Rəsulzadə 3, Bülbül prospekti, Nizami küçəsi və Üzeyir Hacıbəyli küçəsi 69 x ünvanlarındakı köşklərdən, 1, 2 və 3 saylı "ASAN xidmət" mərkəzlərindən almaq mümkündür.

Biletlərin qiyməti birinci kateqoriya üzrə 250, ikinci kateqoriya üzrə 150, üçüncü kateqoriya üzrə isə 60 manat təşkil edir.

Avropa çempionatı çərçivəsində Bakı Olimpiya Stadionunda A qrupunda iyunun 12-də saat 17-00-da Uels-İsveçrə, iyunun 16-sı saat 20-00-da Türkiyə-Uels, iyunun 20-də Türkiyə-İsveçrə oyunları keçiriləcək.Daha bir matç isə iyulun 3-ü saat 20-00-da ¼ final mərhələsində baş tutacaq. Pandemiya səbəbindən 69 min 870 nəfərlik Bakı Olimpiya Stadionuna 35 min azarkeş buraxılacaq. Avropa çempionatı iyunun 11-də başlayacaq və iyulun 11-dək davam edəcək. Oyunlar Avropanın 11 şəhərində keçiriləcək.

Xatırladaq ki, UEFA yarışa ötən il alınmış biletlərin qaytarılması üçün aprelin 22-nə qədər vaxt vermişdi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar