Xəzər Xəbər

İllərin xəyalı GERÇƏK OLUR: İtən əşyalara "zəng" edə biləcəyik VİDEO

Veb TV | 14:58 • 21 Aprel 2021
İllərin xəyalı GERÇƏK OLUR: İtən əşyalara "zəng" edə biləcəyik

Əşyalarını tez-tez itirən insanlara dediyimiz "zəng elə, tapılsın" zarafatı gerçək olur.

"Apple" şirkəti özünün ilk ağıllı "AirTags" nişanını təqdim edib. Onun vasitəsilə müxtəlif əşyaları - qulaqcıqdan tutmuş avtomobilədək tapmaq mümkündür.

"AirTags" "Lokator" əlavəsi ilə işləyir, bu isə "Apple" qacetlərinə quraşdırılır. Nişan itmiş əşyaların yerini xəritədə qeyd edir.

Şirkətdən söz veriblər ki, qurğu məxfilik prinsiplərinə uyğun düzəldilib və onun vasitəsilə insanları izləmək mümkün deyil.

"AirTags"ə 29 dollar qiymət qoyulub. ABŞ-da aprelin 23-dən satılmağa başlanacaq. Sonra isə digər ölkələrdə satışı gerçəkləşdiriləcək./Publika.az

 

Xəbər lenti