Xəzər Xəbər

Sumqayıtda yataqxanada partlayış - 17 yaşlı gənc yandı VİDEO

Veb TV | 15:17 • 19 Aprel 2021
Sumqayıtda yataqxanada partlayış -  17 yaşlı gənc yandı

Sumqayıt şəhərində yataqxanada güclü partlayış olub. Mənzillərin birində qeydə alınan hadisə zamanı 17 yaşlı gənc ağır yanıq xəsarətləri alıb

Hamam otağında baş verən güclü partlayış bədbəxt hadisə ilə nəticələnib. 17 yaşlı gənc ağır yanıq xəsarətləri alıb. Hadisə Sumqayıtda 22-ci məhəllə ərazisində baş verib.

Ağır yanıq xəsarətləri alan Emral Xasiyev qonşuların köməyi ilə əvvəlcə Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılsada, onun vəziyyəti ağır olduğundan dərhal Bakı şəhər 5 saylı yanıq mərkəzinə göndərilib. Anası  Ülviyyə Xasiyeva deyir ki, bədbəxt hadisə baş verən an oğlu təzəcə hamama girib.

Hadisə şahidləri deyir ki, 2 saylı Yataqxananın birinci mərtəbəsində yalnız bir hamam var. Partlayış o qədər güclü olub ki, hamama bitişik digər otağın divarı da dağılıb.

Hadisə yerinə FHN-nin əməkdaşları baxış keçiriblər. Partlayışın hansı səbəbdən baş verdiyi  araşdırılır.. Qeyd edək ki, 22-ci məhəllə ərazisində yerləşən 2 saylı yataqxana 60 il bundan öncə tikilib. Hazırda həmin qəzalı vəziyyətdə olan yataqxanada 210 sakin yaşayır. 

Xəbər lenti