Xəzər Xəbər

Marsda ilk tarixi uçuş uğurla reallaşdı VİDEO

Veb TV | 15:57 • 19 Aprel 2021
Marsda ilk tarixi uçuş uğurla reallaşdı

Amerika Milli Kosmik Araşdırma Agentliyinin (NASA) Marsdakı “İngenuity” adlı kəşfiyyat helikopteri ilk yoxlama uçuşunu uğurla reallaşdırıb.

Bildirilib ki, NASA-nın “Perseverance” adlı aparatla Marsa göndərdiyi 1,8 kq-lıq mini helikopter ilk yoxlama enmə və qalxma uçuşunu edib. Helikopter 30 saniyə müddətinə 3 metr hündürlükdə uçub. Kaliforniyadakı mərkəzdən uçuşa nəzarət edilib. Mini helikopterin görüntüləri ictimai şəbəkədə paylaşılıb.

Qeyd edək ki, “Perseverance” 2020-ci il iyunun 20-də ABŞ-ın Floridadakı “Cape Canaveral” Kosmik Stansiyasından buraxılıb. Aparat 7 ay müddətinə 470 milyon km-lik yol qət etdikdən sonra 2021-ci il fevralın 20-də Marsa enib./report

 

Xəbər lenti

Çox oxunanlar