Xəzər Xəbər

ŞOK HADİSƏ: Yemək yediyi yerdə dilinə iynə batdı VİDEO

Veb TV | 08:44 • 14 Aprel 2021
ŞOK HADİSƏ: Yemək yediyi yerdə dilinə iynə batdı

Türkiyənin İzmir şəhərinin Menemen rayon sakini, 42 yaşlı Fatma Yüce dostları ilə yemək yedikdən sonra boğazında ağrı hiss edib.

"Yeni Şafak" xəbər verir ki, bu ağrıdan dolayı həkimə müraciət edən Yücəyə boğaz infeksiyası diaqnozu qoyulub.

Təkrar müayinə zamanı isə məlum olub olub ki, onun dilinə iynə batıb.

Həkim bildirib ki, bu kimi şikayətlərlə çox zaman baş örtüklərini taxarkən ağızlarında iynə saxlayan və bu zaman iynəni udan şəxslər müraciət edirlər.

O qeyd edib ki, bu hadisənin yemək zamanı baş verməsi qəribədir./Publika.az

 

Xəbər lenti