Xəzər Xəbər

Güclü külək bölgələrdə fəsadlar törədib video

Veb TV | 19:47 • 6 Aprel 2021
Güclü külək bölgələrdə fəsadlar törədib

Güclü külək bölgələrdə bir sıra fəsadlar törədib.

Xezerxeber.az-ın məlumatına görə, Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının damını külək uçurub.

Binanın damı tamamilə yararsız hala düşüb. Rayonun bəzi küçələrində və kəndlərində də agaclar aşıb, evlərin damı uçub.

Rayonun bir neçə yerində ağacların aşması nəticəsində  elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Gecə saatlarından güclənən külək Mingəçevirdə də fəsadlar törədib. Şəhərin M.F.Axundov küçəsində yerləşən binanın dam örtüyünü eyvanın üzərinə aşırıb. Təbiət hadisəsi zamanı xəsarət alan olmasa da, küçədə hərəkət edənlər üçün təhlükə yaranıb.

Mingəçevirdə küləyin yaratdığı fəsadlar aidiyyatı qurumlar tərəfindən aradan qaldırılıb. Eyvanında təhlükə yaranan binanın ətrafı lentlənib, həmin hissə insanların hərəkəti üçün müvəqqəti məhdudlşdırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar