Xəzər Xəbər

İslam Əməkdaşlıq Təşkilatının nümayəndə heyəti Ağdamda olub video

Veb TV | 20:59 • 6 Aprel 2021
İslam Əməkdaşlıq Təşkilatının nümayəndə heyəti Ağdamda olub

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri işğaldan azad edilmiş Ağdam rayonuna səfər ediblər.

Xezerxeber.az-ın məlumatına görə, səfər  çərçivəsində daimi nümayəndələr  Ağdam Cümə məscidinə baş çəkiblər. Erməni işğalçılarının məsciddə, eləcə də məscid ətrafında törətdikləri vandallıqlarla, vəhlişiklərlə tanış olublar. Onlara ermənilərin işğal müddətində burada törətdikləri müharibə cinayətləri, mədəni, tarixi, dini abidələri məhv etmələri barədə ətraflı məlumat verilib.

Daimi nümayəndələr  işğaldan azad edilmiş Ağdam rayonuna səfər çərçivəsində Ağdam Cümə məscidində namaz qılıblar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

 

Xəbər lenti