Xəzər Xəbər

"İskəndər" raketinin qalıqları Bakıya gətirilib VİDEO

Veb TV | 20:22 • 2 Aprel 2021
"İskəndər" raketinin qalıqları Bakıya gətirilib

Xəbər verdiyimiz kimi martın 15-də Şuşada "İskəndər" raketlərinin qalıqları aşkarlanmışdı. Bu gün həmin raketlərinin qalıqları Bakıda təqdim edilib. Bildirilib ki, qalıqların 2 raketə aid olduğu ehtimal edilir.

Şuşada tapılmış "İskəndər" raketlərinin qalıqları Bakıa gətildi.

Bildirilib ki, bu günə kimi işğaldan azad edilmiş 1731 hektar ərazi təmizlənib və 1737 ədəd partlamamış hərbi sursat və mina aşkar edilərək zərərsizləşdirilib. Əməliyyat-axtarış tədbirləri Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Ağdam, Xocavənd və Şuşa şəhəri ərazisində davam etdirilir. Dekabr ayından başlayaraq Şuşa şəhərində də evlərin, zirzəmilərin və döyüş getmiş ərazilərin təmizlənməsi həyata keçirilir. Artıq oradan 100-dən çox partlamamış hərbi sursat aşkar edilərək götürülüb. Martın 15-də isə Şuşada "İskəndər" raketlərinin qalıqları aşkarlanıb.

Araşdırma zamanı raketin üzərində 9M723 indeks kodunun olduğu üzə çıxıb. Raketlər partlamış halda olub.

İşğaldan azad edilmiş ərazilərdə təmizləmə işləri davam etdirilir.

Xəbər lenti