Xəzər Xəbər

7 ildir axtarılan qanqster “YouTube” vasitəsilə tapıldı VİDEO

Veb TV | 17:52 • 30 Mart 2021
7 ildir axtarılan qanqster “YouTube” vasitəsilə tapıldı
İtaliya polisi tərəfindən 7 ildir axtarılan qanqster "YouTube" platforması sayəsində ələ keçirilib.
 
İtaliyanın ən güclü mafiya təşkilatı "Ndrangheta"nın üzvü kimi tanınan, 53 yaşlı Mark Feren Klod Biartın yemək kanalında videosu təsbit edilib. Üzünü gizlədən Biartın şəxsiyyəti onun qolundakı döymələr sayəsində müəyyən edilib. Onun Dominik Respublikasındakı Boka Çika qəsəbəsində sakit həyat yaşadığı məlum olub. 
 
2014-cü ildən bu yana narkotik qaçaqmalçılığı səbəbilə axtarılan şəxs polis tərəfindən həbs edilib./Sfera.az 
 

Xəbər lenti