Xəzər Xəbər

DYP-dən xəbərdarlıq: Bu sürücülər cərimələnəcək VİDEO

Veb TV | 20:02 • 11 Mart 2021
DYP-dən xəbərdarlıq: Bu sürücülər cərimələnəcək

Yol polisi sürücülərə müraciət edərək bildirir ki, mümkün qədər əhalinin sıx olduğu ərazilərdə səs siqnalından istifadə etməsinlər. Əgər lüzumsuz yerə siqnaldan istifadə edən sürücülər aşkar edilsə, inzibati qaydada həmin şəxslər cərimə olunacaqlar. Bəs cərimə məbləği nə qədərdir və sözügedən qaydanın pozulması necə müəyyən ediləcək ?

Sürücülərin lüzumsuz yerə siqnallardan istifadə etmələrinə daha çox günün pik saatlarında şəhərin mərkəzi küçə və prospektlərində rast gəlinir.

Bakı şahər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Araz Əsgərli deyir ki, bu hal paytaxt sakinlərinin narahatlığı və haqlı narazılığına səbəb olur. Sürücülər bilməlidirlər ki, "Yol Hərəkəti Haqqında" qanunun tələbləri çərçivəsində səs siqnalları yaşayış məntəqələrində yalnız yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə istifadə oluna bilər. Bu halda siqnal başqa hərəkət iştirakçılarının diqqətini cəlb etməyə, təhlükə yaradan hərəkətlərdən çəkinməyin zəruriliyi barədə xəbərdar etməyə yönəlib. Lakin işıqforda qabaqda dayanan avtomobilin bir az ləng tərpənməsi kimi hallar heç bir halda qəza vəziyyəti sayılmır və bu zaman  siqnal vermək qəti qadağandır. 

Bu zaman sual yaranır ki, yol polisi səs siqnalından yersiz istifadə edən sürücüləri necə müəyyən edəcək ? Xüsusilə siqnal verilən ərazidə onlarla avtomobil varsa.

Əgər polis əməkdaşları uzaqdadırlarsa, bu zaman hansı sürücünün səs siqnalından lüzumsuz yerə istifadə etməsini müəyyən etmək çox çətindir.

Yersiz şəkildə səs siqnalıdan istifadə edənlərdən həm sürücülər, həm də piyadalar da narazıdırlar. 

Yol hərəkəti qaydalarına əsasən yaşayış məntəqəsindən kənarda ötmə niyyəti haqqında başqa sürücüləri xəbərdar etmək üçün zəruri olan hallarda da siqnaldan istifadə etmək olar. Siqnaldan bu məqsədlə yaşayış məntəqəsində istifadə etmək qadağandır. 

 

 

Xəbər lenti