Xəzər Xəbər

Boru partladı, günlərdir içməli su küçəyə axır VİDEO

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti həmin borunun yenisi ilə əvəz olunacağını bildirib.
Veb TV | 20:52 • 4 Mart 2021
Boru partladı,  günlərdir içməli su küçəyə axır

Nəsimi rayon ərazisində bir neçə gündür içməli su ətrafa axır. Buna səbəb isə istismar müddəti bitən borunun partlamasıdır. Yoldan istifadə edən piyadalar və yaxınlıqdakı mağaza sahibləri deyirlər ki, əslində bu problem uzun illərdir yaşanır. "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, həmin boru yenisi ilə əvəz olunacaq.

Boru partlayıb, içməli su piyada səkisinə axır.

Yoldan keçən piyadalar və mağaza sahibləri deyirlər ki, onlar tez-tez belə problemlə üzləşirlər. Ətrafa axan su hətta yaxınlığdakı binanın həyətinə qədər gedib çıxır.

"Azərsu" Açıq Səhmdar cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı "Xəzər Xəbər"ə bildirdi ki, həmin ərazidən keçən və sovet dövründə çəkilən borunun istismar müddəti başa çatdığından dəyişdiriləcək. 
Bununla bağlı Nəsimi Su Kanal İdarəsi tərəfindən həmin xəttin eskiz layihəsi də hazırlanıb. 

Xəbər lenti