Xəzər Xəbər

Pilot layihənin tikintisi niyə gecikir? VİDEO

Paytaxtın Xətai rayonunda yaşayan 29 ailə 4 ildir ki, evsiz qalıb.
Veb TV | 21:30 • 20 Fevral 2021
Pilot layihənin tikintisi niyə gecikir?

Paytaxtın Xətai rayonunda yaşayan 29 ailə 4 ildir ki, evsiz qalıb. Pilot layihə çərçivəsində evləri sökülən ailələr yeni evlərinin nə vaxt tikiləcəyini bilmirlər. Ötən ilin sentyabr ayında təhvil verilməli olan evin cəmi 3 mərtəbəsi inşa olunub. Bununla yanaşı, sakinlərə verilən kirayə ödənişi də gecikir. Tikintini icra edən şirkətin təsisçisindən gecikmənin səbəbini öyrənmişik.

Xətai rayonu Mehdi Mehdizade küçəsi 2 və 4 ünvanlarında yaşayan köhnə qonşular hər gün beləcə sökülən evlərinin yerində yığışaraq yeni evlərinin tikiləcəyi günü gözləyirlər. Lakin tikinti işi getmir ki, getmir. 

Sakinlər artıq 4 ildir eyni qaydada tikintini icra edənləri gecə-gündüz axtarırlar. Çünki onlara verilən vədlərə əməl edilmir. Sakinlər deyirlər ki, pilot layihə çərçivəsində onların evlərinin yerində yeni bina inşa olunub, onlara da yeni ev verilməli idi. Lakin işlər onların müqaviləsində qeyd olunan tarixə uyğun icra edilmir. 

Sakinlər deyirlər ki, 29 ailəyə 4 il əvvəl bu binanın pilot layihə olacağı, onlara da tikinti müddətində kirayə pulu veriləciyi deyilib. Müqavilə də bu qaydada bağlanıb. Lakin indi binanın tikintisi gecikdiyi kimi kirayə ödənişləri də gecikir. 

Sakinlərin sözlərinə görə, onlara dəqiq vaxt deyilmir.

Tikintini icra edən şirkətin təsisçisi Rauf Əliyev isə Xəzər Xəbər-ə açıqlamasında gecikmənin səbəbini binanın layihəsinin dəyişməsi ilə izah etdi..

İndi sakinləri səbəblərdən daha çox nəticə maraqlandırır, onlar yeni mənzillərinə köçəcəkləri günü səbirsizliklə gözləyirlər.

 

Xəbər lenti