Xəzər Xəbər

Türkiyəyə yalnız bu şəxsiyyət vəsiqələri ilə getmək olacaq VİDEO

Köhnə vəsiqələr sərhəd keçid məntəqəsində keçərli olmayacaq.
Veb TV | 21:16 • 20 Fevral 2021
Türkiyəyə yalnız bu şəxsiyyət vəsiqələri ilə getmək olacaq

Bir millət, iki dövlət olan Azərbaycan ilə Türkiyə arasında viza rejmi ləğv edildi. İki ölkə vətəndaşları həmçinin tək şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər edə biləcəklər. Azərbaycanın Türkiyədəki səfirliyinin konsulu Mürşüd Məmmədov bildirib ki, səfər etmək istəyən vətəndaşlar bunun üçün şəxsiyyət vəsiqələrini yeniləməlidirlər. Yəni köhnə vəsiqələr sərhəd keçid məntəqəsində keçərli olmayacaq.

Azərbaycan və Türkiyə vətəndaşları qarşılıqlı olaraq tək şəxsiyyət vəsiqəsi ilə səfər edə biləcəklər. Həmçinin iki ölkə arasında vətəndaşlardan viza tələbi də aradan qaldırılıb. 

Azərbaycanın Türkiyədəki Səfirliyinin konsulu Mürşüd Məmmədov bildirib ki, bu qərar qardaş ölkələr arasında qarşılıqlı səyahət imkanlarını xeyli asanlaşdıracaq.

Mürşüd Məmmədov həmçinin bildirib ki, hər iki ölkə vətəndaşları yalnız yeni nəsil şəxsiyyət vəsiqələri ilə səfər edə bilərlər. Yəni səfər etmək üçün mütləq vəsiqələr yenilənməlidir

Qeyd edək ki, Prezident İlham Əliyev bu məsələ ilə bağlı 1 saylı Protokolun təsdiq edilməsi barədə qanunu imzalayıb.

Xəbər lenti