Xəzər Xəbər

Bir çox keçiddə nə lift var, nə də elevator VİDEO

Nə fiziki məhdudiyyətli şəxslər, nə də yaşlı insanlar nəzərə alınıb.
Veb TV | 21:30 • 20 Fevral 2021
Bir çox keçiddə nə lift var, nə də elevator

Bakıda piyadaların istifadəsi üçün müxtəlif ərazilərdə  müasir yeraltı və yerüstü piyada keçidləri tikilib. Ancaq təəssüflər olsun ki, bəzi piyada keçidlərində fiziki imkanları məhdud olan şəxslərin hərəkət etmələri üçün lazımınca şərait yaradılmayıb. Əməkdaşımız Ömər Xıdırov həmin piyada keçidlərində olan problemləri əyani olaraq göstərib. Sujeti təqdim edirik. 

Nə fiziki məhdudiyyətli şəxslər, nə də yaşlı insanlar nəzərə alınıb.

Paytaxtın müxtəlif hissələrində yerləşən bəzi yeraltı və yerüstü piyada keçidlərindən fiziki qüsurlu şəxslər istifadə etməkdə çətinlik çəkirlər. 

Sözügedən keçiddə nə lift var, nə də elevator.

Nobel prospektində bu vəziyyətdə olan 2 keçid var. 

Nərimanov rayonu Atatürk prospektində yerləşən keçiddə isə elevator olsa, işlək vəziyyətdə deyil. Fiziki məhdudiyyətli Qəndaf Əkbərli keçiddən istifadə etməyə çalışsa da, cəhdləri nəticəsiz qalır. 

Mövzu ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin mətbut xidmətinin rəhbəri Anar Nəcəfli ''xəzər xəbər''ə bildirdi ki, problemlərdən xəbərdardılar və yaxın vaxtlarda çatışmazlıqlar aradan qaldırılacaq. Bu məqsədlə tədbirlər planı hazırlanır.

Ümid edək ki, problem tezliklə həllini tapacaq.

Xəbər lenti