Xəzər Xəbər

Mehdiabadda evdən oğurluq edən keçmiş məhkumlar tutuldu VİDEO

Veb TV | 19:09 • 11 Yanvar 2021
Mehdiabadda evdən oğurluq edən keçmiş məhkumlar tutuldu

Abşeronda polis 2 əməliyyat keçirib. Bir əməliyyatla Mehdiabadda, digər əməliyyatla isə Qobu qəsəbəsində oğurluq edən şəxslər saxlanıb. Bakıda isə mağazadan oğurluq etmək istəyən şəxs istəyinə nail ola bilməyib. Yaxasını ələ verib.


Evdən pul, qızıl-zinət əşyaları və mobil telefon oğurlayan şəxs saxlanıb.


Abşeron rayonu Mehdiabad qəsəbə sakini Rəhimə Ağasiyeva polisə müraciət edərək, ona məxsus mənzildən 2950 manat dəyərində qızıl-zinət əşyalarının, 500 manat nağd pul və mobil telefonun oğurlandığını bildirib. Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Mehdiabad qəsəbə sakinləri - 19 yaşlı Nihad Qarayev və 21 yaşlı Murad Qocayev saxlanıblar.


Rayonda başqa bir oğurluq faktının da üstü açılıb. 46 yaşlı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Adıgözəlovun Qobu qəsəbəsi ərazisində telefon kabellərini kəsərək, 34 yaşlı tanışı Pənah Fərzəliyevə satdığı məlum olub. Keçirilən digər əməliyyat tədbiri nəticəsində hər iki şəxs saxlanıb.


Hər iki faktla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.


Bakıda isə mağazadan oğurluq etmək istəyən şəxs saxlanıb. Gecə saatlarında paytaxtın Səbail rayonu Gülbala Əliyev küçəsindəki marketlərdən birindən rayon mühafizə idarəsinə ''həyacan'' siqnalı daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri ilə mağzaya daxil olmaq istəyən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş Ramazan Həsənov saxlanaraq ərazi üzrə Səbail rayon 8-ci polis bölməsinə təhvil verilib. Faktla bağlı araşdırmalar aparılır.


Xəbər lenti