Xəzər Xəbər

Döyüşlərdə ayaqlarını itirən qazi - Belə igidlərin fədakarlıqları hədər getmədi VİDEO

Veb TV | 21:42 • 8 Yanvar 2021
Döyüşlərdə ayaqlarını itirən qazi - Belə igidlərin fədakarlıqları hədər getmədi

Vətən müharibəsində döyüşərək sağlamlıqlarını itirən, evlərinə qazi kimi dönən qəhrəmanlarımızın indi bir təsəllisi var. Əməkləri, fədakarlıqları hədər getmədi. Ağdam istiqamətində gedən döyüşlərdə hər iki ayağını itirən 20 yaşlı şəmkirli qazi də gələcəyə inam və ümidlə baxır. O, qazanılmış qələbədə pay sahibi olduğuna görə fərəh hissi keçirdiyini vurğulayır.


18 yaşı tamam olan kimi çağırışçı kimi hərbi xidmətə getdi, Vətən müharibəsinin ilk günlərindən tərkibində olduğu birləşmə ilə əks-hücum əməliyyatlarına qatıldı.


Vətən Müharibəsinin iştirakçılarından olan Qoca Namazov Ağdam istiqamətində gedən döyüşlərdə yaralanır.


Cəmi 20 yaşına dünya boyda ürək, fədakarlıq, Vətən sevgisi sığdırmağa bacaran Qoca itkisinə üzülmür, əksinə qazanılmış qələbədə pay sahibi olduğuna görə qürur hissi keçirir.


Qocanın atası da birinci Qarabağ müharibəsində iştirak edib. Atası Hüseyn Namazov deyir ki, onların yarım qoyduqları işi övladları başa çatdırdı və bundan böyük fəxarət ola bilməz.


İndi Qoca Namazov müalicəsini davam etdirmək üçün yenidən hospitala qayıdacaq. Ailəsi əmindir ki, onun yenidən ayağa qalxması üçün dövlət tərəfindən bütün tədbirlər görüləcək.


Xəbər lenti