Xəzər Xəbər

Ermənilərin atdığı mərmi və raket qalıqları muzeyə verildi - VİDEO

Veb TV | 21:53 • 5 Noyabr 2020
Ermənilərin atdığı mərmi və raket qalıqları muzeyə verildi -

Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif vaxtlarda atılmış raket qalıqları, mərmilər bir tarix kimi qorunub-saxlanılır.

Xezerxeber.az-ın məlumatına görə, evlərə, mülki əhaliyə zərər vermiş mərmilərin bəzilərini sakinlər saxlayır.

Tərtər rayonu ərazisinə atılan 10-a yaxın raketin qalığı toplanaraq Tarix Diyarşünaslıq Muzeyinə gətirilib.

Muzey daxilində raket qalıqları üçün xüsusi bir guşə yaradılıb. Məqsəd ermənilərin dinc əhaliyə qarşı törətdiyi vəhşilikləri gələcəkdə rayona gələn qonaqlara göstərməkdir.

Muzeyə gətirilən hər bir raket qalığı eksponat kimi ölkəmizdə baş verən müharibənin tarixindən, insanların başlarına gələn hadisələrdən bəhs edir.

Qeyd edək ki, muzey daxilinə gətirilən bütün raket və mərmilər xüsusi yoxlanışdan sonra burada sərgilənmək üçün icazə verilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti