Xəzər Xəbər

Ermənistan hücumlara və işğala son qoymalıdır VİDEO

Veb TV | 18:45 • 24 Oktyabr 2020
Ermənistan hücumlara və işğala son qoymalıdır

Sentyabrın 27-də Azərbaycana hücum edən Ermənistan oktyabrın 10-da və 18-də razılaşdırılmış humanitar atəşkəs qərarlarına məhəl qoymadan beynəlxalq hüquqa zidd olaraq Azərbaycanda dinc əhalini və mülki yaşayış yerlərini atəşə tutmaqda davam edir.


Bu fikirlər Türkiyə Milli Müdafiə Nazirliyinin cəbhədəki mövcud vəziyyətlə bağlı növbəti açıqlamasında yer alıb.


Açıqlamada bu hücumlar nəticəsində dinc azərbaycanlı əhali arasında çox sayda ölən və yaralananın olduğu, dağıntıların meydana gəldiyi xatırladılır. Qeyd olunur ki, bölgədə sülh və sabitliyinin təmin edilməsi üçün Ermənistan terrorçuları və muzdlu əsgərləri ərazidən çıxarmalı, hücumlara son qoymalı, Azərbaycanın işğal altındakı torpaqlarını tərk etməlidir.


Xəbər lenti

Çox oxunanlar