Xəzər Xəbər

Əhalinin təşvişə düşməsinə lüzum yoxdur - Bakı polisi - VİDEO

Veb TV | 19:10 • 23 Oktyabr 2020
Əhalinin təşvişə düşməsinə lüzum yoxdur -

''Hərbi vəziyyətlə əlaqədar olaraq paytaxtda təhlükəsizlik ciddi şəkildə qorunur və əhalinin təşvişə düşməsinə lüzum yoxdur''.

Bunu ''Xəzər Xəbər''ə açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi polis-mayoru Elşad Hacıyev deyib.

Onun sözlərinə görə, Bakıda təhlükəsizliyi təmin etmək məqsədi ilə hüquq-mühafizə orqanları tərəfindən bütün zəruri tədbirlər görülür.

Elşad Hacıyev bildirib ki, təhlükəsizliyin təmin edilməsi məqsədilə bir aya yaxındır, komendant saatı tətbiq edilir. Axşam saat 21:00-dan səhər saat 6:00-a qədər polis postları qurulur və bütün nəqliyyat vasitələri saxlanaraq yoxlanılır. Onun sözlərinə görə, polislər kimi vətəndaşlar da bu işdə ayıq-sayıq olmalıdırlar.

Xatırladaq ki, Ermənistan terror siyasəti yürüdən dövlət olaraq ayrı-ayrı vaxtlarda Azərbaycan ərazisində 30-dan çox terror aktı təşkil edib. Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edir ki, gördüyünüz, rastlaşdığınız şübhəli əşyalara toxunmayın və bu barədə dərhal "102" xidmətinə məlumat verin.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar