Xəzər Xəbər

Düşmən "XəzərXəbər"in əməkdaşlarına atəş açıb VİDEO

Veb TV | 20:56 • 12 Oktyabr 2020
Düşmən "XəzərXəbər"in əməkdaşlarına atəş açıb

Qarabağda döyüşlər başlayan gün "XəzərXəbər"in də bir neçə əməkdaşı döyüş meydanında baş verən hadisələri işıqlandırmaq üçün cəbhənin müxtəlif yerlərinə ezam olundular. Onlardan biri də Elmar Həbiblidir. Bu gün cəbhədən qayıdan əməkdaşımız orada baş verənləri, qarşılaşdığı ən unudulmaz anları "XəzərXəbər"ə danışıb.




Təhlükə, həyəcan, operativlik və məsuliyyət. Bütün bunların yükünü eyni vaxtda çiyinlərində daşıyan peşənin sahibləri - media nümayəndələri var. Gözünü qırpmadan hadisələri izləyən və düşmən təxribatlarını, ordumuzun qələbə xəbərlərini bizə çatdıran, qəhrəman əsgələrimiz qədər cəsarətli və döyüşkən jurnalistlərimiz. Elmar Həbibli döyüşlər başlayan ilk gündən "XəzərXəbər"in cəbhəyə ezam olunan müxbirlərindən biri olub. 15 gün dayanmadan izləyicilərimizi döyüş meydanında baş verən hadisələr barədə məlumatlandırıb. Bu müddət ərzində O çətinliklərlə də üzləşib, düşmənin törətdiyi təxribatlar səbəbindən ölümlə üz-üzə də qalıb. Ancaq bütün bunlar Elmarda vətən sevgisindən doğan məsuliyyət hissini öldürə bilməyib.



Döyüş meydanında baş verənləri işıqlandırmaq düşmənə qarşı döyüşmək qədər şərəfli və çətindir. Çünki, onların həm də ordumuzun qələbə xəbərlərini həyəcanla gözləyən Azərbaycan xalqı qarşısında məsuliyyətləri və bunun öhtəsindən gəlmək kimi vəzifə borları var.



Təbii ki, Elmar bu döyüşdə tək deyil. Onun da öz cəbhə yoldaşları var. Elmar və onun silahdaşları olan digər əməkdaşlarımız İbrahim, Ömər, Şamxal, Elmin yenə də cəbhədədilər. Çünki, qarşıda çatmaq istədikləri daha ali istəkləri var: Üç rəngli Azərbaycan bayrağının Xankəndidə, Şuşada, Laçında, Kəlbəcərdə, eləcə də işğaldan azad ediləcək bütün rayonlarda dalğalanması xəbərini xalqımıza çatdırmaq.


Xəbər lenti