Xəzər Xəbər

Ermənistan Gürcüstana qarşı ərazi iddiaları irəli sürür VİDEO

Veb TV | 20:32 • 12 Oktyabr 2020
Ermənistan Gürcüstana qarşı ərazi iddiaları irəli sürür

Həm cəbhədə, həm də diplomatiya meydanında Azərbaycandan sarsıdıcı zərbələr alan Ermənistan hakimiyyəti indi də qonşu Gürcüstana qarşı ərazi iddiları irəli sürür. Bu ölkənin baş naziri Nikol Paşinyanın facebook səhifəsindəki paylaşımı Gürcüstan ictimaiyyətində hiddətlə qarşılanıb. Bu isə gürcülərin ciddi etirazına səbəb olub.



Ermənistanın baş naziri Nikol Paşinyan bu dəfə Gürcüstan ərazisinə göz dikib. Baş nazir rəsmi facebook səhifəsində Gürcüstanın Samtsxe Cavaxeti bölgəsində ermənilərin keçirdikləri aksiyadan şəkil paylaşaraq bölgənin adını təhrif edərək "Cavaxh" (Javakhk) adlandırıb. Bu da Gürcüstan ictimaiyyətində qəzəblə qarşılanıb. Çünki erməni millətçiləri və separatçıları Samtsxe Cavaxeti bölgəsini məhz "Cavaxh" adlandırırlar və onlar bu bölgəni Gürcüstanın bir hissəsi hesab etmirlər.



Millət vəkili Arzu Nağıyev deyir ki, absurd bəyanatlarla çıxış edən Nikol Paşinyan Dağlıq Qarabağ kartından istifadə edə bilmədi. Ermənistan həm döyüş meydanında, həm də siyasi müstəvidə uduzduğundan indi də başqa dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış edir.




Millət vəkilinin sözlərinə görə, Paşinyan hökuməti bilir ki, Qarabağda məğlubiyyət artdıqca, devrilmə məsələsi gündəmə gəlir. Məhz buna görə də Paşinyan konsepsiya strategiyasına uyğun olaraq, millətçi təbəqəni ələ almağa çalışır.




Qeyd edək ki, Nikol Paşinyanın bu paylaşımına minlərlə gürcü kəskin etirazını bildirib.


Xəbər lenti