Xəzər Xəbər

“BakuBus”lar niyə yanır? - BNA bu suala CAVAB VERDİ VİDEO

Veb TV | 20:05 • 15 Sentyabr 2020
“BakuBus”lar niyə yanır? - BNA bu suala CAVAB VERDİ

Son iki həftədə ''Baku Bus''a məxsus ikinci avtobusda yanğın olub.Hadisə səhər saatlarında baş verib. Yanğın zamanı avtobusun arxa tərəfi yanaraq tamamilə yararsız hala düşüb.Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.Hər gün minlərlə sərnişin daşıyan ictimai nəqliyyatda yanğına səbəb nədir?. Vaxtında edilməyən texniki qulluqdur yoxsa, istehsal xətasıdır?

Səhər saatlarında ''BakuBus''a məxsus daha bir sərnişin avtobusunda yanğın olub.

Hadisə Paytaxtın Həsən Əliyev küçəsində 88A nömrəli müntəzəm marşurut xətti üzrə hərəkət edən avtobusda baş verib. Belə ki, avtobus metronun azadlıqstansiyasından depoya qayıdan zaman sürücü avtobusda texniki nasazlıq hiss edib. Bakı Nəqliyyat Agnetliyinin sektor müdri Mais Ağayev deyir ki, sürücü depoya gedərkən avtobusda yanğın baş verib.

Qeyd edək ki,''BakuBus''a məxsus sərnişin avtobusunda ilk yanğın sentyabrn 1-də ikinci isə bu gün baş verib. Hər gün yüzlərlə sərnişin daşıyan avtobuslarda yanğına səbəb nədir?. Vaxtında edilməyən texniki xidmət yoxsa, istehsala xətası?. Bakı Nəqliyyat Agentliyinin sektor müdri Mais Ağayev deyir ki, əvvəlki və bu günkü yanğının səbəbləri agentlikdə yaradılan komissiya tərəfindən araşdırılıb.

Hadisəyə səbəb kimi ''BakuBus '' avtobusların iki aydan artıqdır ki, fasiləsiz istismarda olması da göstərilir. Bakı Nəqliyyat Agentliyinin sektor müdri Mais Ağayev bildirdi ki, 2015-ci ildən müntəzəm sərnişindaşımalara cəlb edilən ''BakuBus '' avtobuslarında gündəlik və dövrü texniki qulluq, təmir və dezinfeksiya işləri aparılır. Onu da qeydə edək ki, buna bənzər hadisələr eyni markalı avtobuslarda 2018-ci ildə Fransada, 2019-cu ildə isə İtalyada da baş verib.

Xəbər lenti