Xəzər Xəbər

Lənkəranda ər arvadını qətlə yetirib, Sumqayıtda isə market işçisi bıçaqlanıb - VİDEO

Veb TV | 20:39 • 13 Sentyabr 2020
Lənkəranda ər arvadını qətlə yetirib, Sumqayıtda isə market işçisi bıçaqlanıb -

Lənkəranda kişi arvadını güllələyib.

Xezerxeber.az-ın məlumatına görə, qətl hadisəsi Lənkəran rayonunun Balıqçılar qəsəbəsində baş verib.

39 yaşlı Günay Abıyeva yaşadığı evdə həyat yoldaşı 37 yaşlı Mais Abıyev tərəfindən qətlə yetirilib. Mərhumun meyiti müayinə olunmaqdan ötrü Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. İlkin məlumata görə, qətl odlu silahdan açılan atəşlə törədilib. Qətli törətməkdə şübhəli bilinən Mais Abıyev bir qədər əvvəl həbsxanadan buraxılıb, ailənin iki övladı var. Hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Sumqayıtda isə bıçaqlanma hadisəsi baş verib. Hadisə şəhərin 9-cu mikrorayonunda yerləşən marketin qarşısında baş verib. Marketin əməkdaşı, 25 yaşlı Mehman Əliyev küçəyə çıxarkən ona yaxınlaşan naməlum şəxs tərəfindən bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb, cərrahi əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti