Xəzər Xəbər

Azərbaycanda beş nəfərin ölümünə səbəb olan dəhşətli qəzanın görüntüləri - VİDEO

Veb TV | 12:55 • 26 May 2020
Azərbaycanda beş nəfərin ölümünə səbəb olan

Bakı-Şamaxı avtomagistralında baş verən ağır yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

XəzərXəbər xəbər verir ki, hadisə Müşfiqabad qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, "Saipa” və "Opel” markalı avtomobillər toqquşub. Nəticədə, beş nəfər ölüb, iki nəfər ağır xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, ölənlər "Saipa”nın sürücüsü və sərnişinləri olub.

Xəbər lenti