Xəzər Xəbər

Quldurluq edən şəxslər tutuldu VİDEO

Veb TV | 18:56 • 18 Fevral 2020
Quldurluq edən şəxslər tutuldu

3 nəfər əlbir olaraq taksi sürücüsünə qarşı zor tətbiq edib, pulunu mənimsəyiblər. Ucarda baş verən hadisədən polis xəbər tutan kimi həmin şəxslər yaxalanaraq saxlanıblar.

Taksi sürücüsünə qarşı quldurluq edib, məsuliyyətdən yayınmaq istəyiblər...

Ucarda quldurluq hadisəsindən polisin məlumatı olan kimi həmin şəxslər ələ keçib. Rayonunun Qarabörk kəndi ərazisində İmişli rayon sakini Telman Quliyev,Mingəçevir şəhər sakini Müşviq Səmədov və Bakı şəhər sakini Seyidəhməd Daşdəmirov qabaqcadan əlbir olaraqYevlax rayon sakini, taksi fəaliyyəti ilə məşğul olan Anar Qəribova məxsus minik maşınına əyləşərək Bakı şəhərinə sürməsini bildiriblər. Bakı istiqamətində hərəkətdə olarkən Ucar rayon dörd yol adlanan ərazidə maşını saxladaraq sürücünü avtomobildən endiriblər. Aralarında yaranan mübahisə zamanı sərnişinlərdən Telman Quliyev sürücüyə bıçaqla xəsarət yetirib.

Daha sonra minik maşınında olan şürücüyə məxsus cüzdanda olan 123 manat pulunu götürüblər və avtomobil yolundan uzaqlaşaraq kənar ərazilərdən qaçaraq məsuliyyətdən yayınmaq istəyiblər. Lakin buna müvəffəq olmayıblar. Polis onları yaxalayıb.

Faktla bağlıaraşdırmalar davam etdirilir.

Xəbər lenti