Xəzər Xəbər

Ölkəmizə qeyri-qanuni yollarla qızıl gətirənlər var - Bəzi zərgərlər müştəriləri aldadır - VİDEO

Veb TV | 19:50 • 18 Fevral 2020
Ölkəmizə qeyri-qanuni yollarla qızıl gətirənlər var -

''Azərbaycanda istehsal olunanın qızılın bazardakı digər məhsullardan bahaolmasının səbəbi, bəzi işbazların qızılın əyarını doğru təqdim etməməsidir''. Bunu "Azergold"un rəhbəri ölkəmizdə bu sahədə olan problemlərin araşdırılması üçün sahibkarla keçirilən görüşdə səsləndirib. Aidiyyatı dövlət qurumlarının rəhbərlərinin də iştirak etdiyi tədbirdə bu sahədə şəffaflıq və sağlam rəqabəti təmin etmək üçün atılacaq addımlar müzakirə edilib.

''Azərbaycanda həttə bəzi müştərilərə ağ qızıl adıyla başqa növ məhsullar satılır''. Bunu "Azergold" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov"Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar" mövzusunda sahibkarlarla görüşdə bildirib. O, ölkəmizdə qızılın əyarına uyğun satılmasına nəzarət edən dövlət qurumunun olmadığını və bəzi sahibkarların da bundan sui isitifadə etdiyini deyib. Sədr yerli qızılın bazardakı digər rəqiblərindən baha olmasının da səbəblərini açıqlayıb.

İclasda çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov isə bu sahədə vergi və rüsumların azaldılmasını vacib hesab edib.

İclasda iştirak edən iqtisadiyyat naziri Mikayıl Cabbarov isə bu sahədə mövcud olan problemlərinin araşdırılamsı və həllinin tapılması üçün təkliflə çıxış edib.

Aparılacaq islahatların məqsədi ölkəmizdə bu sahənin sürətli inkişafını təmin etmək , zərgərlik sənayesi üzrə Azərbaycanı mərkəz halına gətirməklə ölkə iqtisadiyyatına töhfə verməkdir.

Xəbər lenti

Çox oxunanlar