Xəzər Xəbər

Qafqaz Müsəlmanları İdarəsində 20 Yanvar şəhidlərinin xatirəsini anma tədbiri keçirilib - VİDEO

Veb TV | 18:57 • 16 Yanvar 2020
Qafqaz Müsəlmanları İdarəsində 20 Yanvar şəhidlərinin xatirəsini anma tədbiri keçirilib -

Yanvarın 16-da Qafqaz Müsəlmanları İdarəsində (QMİ) 20 Yanvar şəhidlərinin xatirəsini anma tədbiri keçirilib.

Xezerxeber.az xəbər verir ki, tədbirdə 20 Yanvar şəhidlərinin ailə üzvləri, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şurasının üzvləri, Azərbaycanda yaşayan dini konfessiyaların rəhbərləri, tanınmış ictimaiyyət nümayəndələri, elm və din xadimləri iştirak ediblər.

Şəhidlərin ruhuna dualar oxunduqdan sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək 20 Yanvar faciəsinin tarixi və xalqımızın azadlıq mübarizəsi haqqında danışıb. A. Paşazadə bildirib ki, Azərbaycan xalqının tarixi yaddaşına dərin hüzn, eyni zamanda, milli qürur məqamı kimi həkk olunmuş 20 Yanvar faciəsi nə qədər zaman keçsə də əsla unudulmayacaq. Milyonlarla azərbaycanlının qəlbinə azadlıq toxumu səpən 20 Yanvar faciəsindən 30 il keçir. Amma zaman bu günün ağrısını və yaratdığı qürur hissini qəlbimizdən silə bilməz.

Sonra Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Aleksandr İşein, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Melih Yevdayev, Dini Qurumlarla İz üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və başqaları çıxış edərək 20 Yanvar faciəsindən və xalqımızın azadlıq mübarizəsindən danışıblar.

Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə bəyanatı oxunub.

Sonda 20 Yanvar faciəsi ilə bağlı sənədli film nümayiş etdirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti