Xəzər Xəbər

11 gün əvvəl toyu olan şəxs çayda boğulub VİDEO

Veb TV | 17:29 • 20 Avqust 2019
11 gün əvvəl toyu olan şəxs çayda boğulub
Masallı rayonunda istirahət mərkəzində bədbəxt hadisə baş verib.

Hadisə "İstisu" istirahət mərkəzində qeydə alınıb.

Belə ki, Cəlilabad rayonunun Bədirli kənd sakini, 1996-cı il təvəllüdlü Zamin Seyfulla oğlu BaxışovViləş çayının istirahət mərkəzinin ərazisindən keçən hissəsində çimərkən dünyasını dəyişib.

 

İlkin ehtimala görə, o, ürəktutmasından vəfat edib.

Mərhumun avqustun 7-də toyu olub. O, istirahət mərkəzinə ailəsi ilə birlikdə gedibmiş.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti