Xəzər Xəbər

Braziliya 9-cu dəfə Amerika kubokunu qazanıb - VİDEO

Veb TV | 09:24 • 8 İyul 2019
Braziliya 9-cu dəfə Amerika kubokunu qazanıb -

Braziliyada keçirilən Amerika kuboku turnirinə yekun vurulub.

Cənubi Amerika çempionatının final oyununda meydan sahibləri ilə Peru qarşılaşıb.

3:1 hesabı ilə qələbə qazanan Braziliya tarixində 9-cu dəfə Amerika kubokunun qalibi olub. "Sambaçılar” sonuncu dəfə 2007-ci ildə bu titula sahib çıxmışdı. Final qarşılaşmasında qol sevinci yaşayan Everton (Braziliya) və Paolo Qerrero (Peru) hərəyə üç top vuraraq çempionatın bombardiri adına yiyələnib.

"Pentakampeonlar”ın üzvlərindən Dani Alves ən yaxşı futbolçu, Alisson isə ən yaxşı qapıçı seçilib. Meydan sahibləri həm də feyr-pley mükafatına layiq görülüblər.

Qeyd edək ki, bir gün öncə keçirilən 3-cü yer uğrunda qarşılaşmada Çilini 2:1 hesabı ilə məğlub edən Argentina yığması bürünc medala yiyələnib.

Amerika kuboku
Final
7 iyul
Braziliya – Peru – 3:1
Everton, 15, Qabriel Jezus, 45+3, Riçarilson, 90 (pen.) – Qerrero, 44 (pen.)


Xəbər lenti