Xəzər Xəbər

Azərbaycanda mal-qara arasında kütləvi zəhərlənmə VİDEO

Veb TV | 20:00 • 27 İyun 2019
Azərbaycanda mal-qara arasında kütləvi zəhərlənmə

Mal-qara arasında kütləvi zəhırlənmə halı baş verib.

Hadisə bu gün səhər saatlarında Ağsu rayonunun Padar kəndində qeydə alınıb..Kənd sakini Səxavət Ağayev örüşdə olarkən mal-qara arasında kütləvi zəhərlənmə halının olduğunu müşahidə edib.Dərhal bununla bağlı rayon Baytarlıq idarəsinə xəbər verib.

Ümumilikdə kənddə 13 baş iri buynuzlu heyvan tələf olub və 30-a yaxn iri buynuzlu heyvanın tələf olmasının qarşısını almaq istiqamətində işlər görülüb.

Hadisə yerinə gələn Baytarlıq İdarəsinin nümayəndələri heyvan cəmdəklərindən nümunələr götürərək araşdırılması üçün Qida Təhlükəsizliyi Agentliyinin Mərkəzi Baytarlıq Laboratoriyasına göndərilib.Heyvanların hansı səbəbdən zəhərlənməsi labaratoriyanın rəyindən sonra müəyyən olunacaq. Bundan əlavə Aqrar Xidmətlər Agentliyinin Baytar mütəxəssisləri yerli mütəxəssislərə əməli kömək etmək üçün rayona ezam olunublar.

Xəbər lenti