Xəzər Xəbər

60 yaşlı kişi dənizin ortasında 4 gün ac və susuz qaldı - VİDEO

Veb TV | 16:17 • 19 İyun 2019
60 yaşlı kişi dənizin ortasında

Sinqapurlu dayvinq üzrə instruktor Con Lou 4 gün, 4 gecə Cənubi Çin dənizində qalıb.

XəzərXəbər ölkə.az-a istinadən bildirir ki, onun qayığı aşdıqdan sonra 60 yaşlı Con 4 gün sadəcə xilasedici dairə ilə qalıb.

Con Tioman adası yaxınlığında suyun dibinə enmək istəyib. Bu zaman güclü dalğa onun qayığını aşırıb və instruktor suya düşüb. O, nə baş verdiyini anlayana qədər qayıq batır.

Conun xilasedici dairəsi və çantası özündə qalır. O, əvvəlcə narahat olmur və düşünür ki, adaya qədər üzə biləcək. Amma sonradan məlum olur ki, güclü axına qarşı mübarizə aparmaq olmur. Axşam saat 22:00-da Con artıq sahili görmürdü və panikaya düşdü. Növbəti dörd gün o, açıq dənizdə susuz və qidasız qaldı. Tək qalan Con əşyalarla danışmağa başlayır. Amma mənəvi əzabdan başqa fiziki çətinlik də var idi. Günəş onu elə yandırmışdı ki, xilas ediləndə tanınmaz hala düşmüşdü.

Dördüncü gecə yaxınlıqdan "Dioqo Tsao" gəmisi keçir və onlar Conu xilas edirlər. İnstruktor xəstəxanada iki həftə müalicə olunduqdan sonra evə buraxılır.

Xəbər lenti