Xəzər Xəbər

Erməni vandalizmi ilə bağlı silsilə videoçarxlar hazırlanır - VİDEO

Veb TV | 20:22 • 10 İyun 2019
Erməni vandalizmi ilə bağlı silsilə videoçarxlar hazırlanır -

"Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi erməni vandalizmi ilə bağlı beynəlxalq ictimaiyyətə növbəti dəfə çağırış ünvanlayıb. Çağırış videoçarx vasitəsilə edilib.

Ümumiyyətlə, silsilə şəkildə hazırlanan videoçarxların növbəti mövzusu ermənilərin Dağlıq Qarabağda tarixi, mədəni və dini abidələri məhv etməsi ilə bağli olub. Videoçarx xarici dillərdə, o cümlədən erməni dilində hazırlanır.

Xezerxeber.az-ın məlumatına görə, növbəti videoçarxda Azərbaycan xalqının multikulturalizim ənənələrinə sadiq qaldığı vurğulanıb. Qeyd edilib ki, Bakının məkəzində erməni kilsəsi və bu kilsəyə aid olan ədəbiyyatlar qorunub saxlanıldığı halda Azərbaycanın Dağlıq Qarabağ bölgəsində tarixi, mədəni, dini abidələri məhv edilir, qədim məscidlərin üzərlərindəki daş kitabələr dəyişdirilərək onların tarixi saxtalaşdırılır. Ermənilər hətta XIX əsrdə Şuşada rus hərbçiləri üçün tikilmiş pravoslav kilsəsinin arxitekturasını dəyişərək özünüküləşdiriblər.

Ardınca isə eyni məzmuna malik ingilis dilində rolik hazırlanaraq sosial şəbəkələrdə yerləşdirilib. Bu videoçarx isə beynəlxalq ictimaiyyət üçün nəzərdə tutulub. Hər iki videoda məlumatları Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev verib.

Tural Gəncəliyevin sözlərinə görə, hazırlanan videoçarxlar qısa müddətdə nəticə verməyə başlayıb.

Bu cür videoçarxların hazırlanması davam etdiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti