Xəzər Xəbər

Xilasedicilər boruya düşən pişiyi belə xilas etdilər - VİDEO

Veb TV | 18:52 • 2 İyun 2019
Xilasedicilər boruya düşən pişiyi belə xilas etdilər -

Bakıda xilasedicilər boruya düşən pişiyi xilas ediblər.

Xezerxeber.az-ın məlumatına görə, Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 38 ünvanında yaşanalar binanın qarşısındakı dəmir borudan pisik balasının səsini eşidib və Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat veriblər.

Çağırış ünvanına cəlb olunan xüsusi riskli xilasetmə xidmətinin müvafiq xilasetmə qüvvələri təhlükəsizlik qaydasına əməl etməklə borunun bir hissəsini kəsiblər. Onlar pisik balasına xəsarət yetirmədən onu bordudan çıxarıblar. Məlumata görə, pişik balası boruya binanın damından düşüb.

Xezerxeber.az videogörüntünü təqdim edir:


Xəbər lenti