Xəzər Xəbər

İlk 4 ayda Azexport.az portalına 229 mln. dollar dəyərində ixrac sifarişi daxil olub - VİDEO

Veb TV | 20:25 • 31 May 2019
İlk 4 ayda Azexport.az portalına 229 mln. dollar dəyərində ixrac sifarişi daxil olub -

Bu ilin yanvar-aprel aylarında "Azexport.az" portalına 229 mln. ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

Xezerxeber.az-ın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib.

Onun sözlərinə görə, 2019-cu ilin yanvar-aprel ayları ərzində Azərbaycanın ixracı 7,1 mlrd. dollar təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 1,4 mlrd. dollar və ya 25,6% artıb.

Bu ilin yanvar-aprel ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısına mahlıc -pambıq lifi liderlik edib. Bu siyahıda qabığı təmizlənmiş meşə fındığı ikinci və tomat üçüncü yerdə qərarlaşıb.

2019-cu ilin yanvar-aprel aylarında "Azərkosmos" ASC tərəfindən dünyanın 18 ölkəsinə 13,7 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri ixrac edilib. Həmçinin qida sektorunda ixracatda da irəliləmələr var.

Son 4 ayda isə Azərbaycana dünyanın 170 ölkəsindən 848 mindən çox əcnəbi gəlib. 2019-cu ilin yanvar-aprel ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 375 milyon manat olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti