Xəzər Xəbər

Göygöldə çəyirtkələr örüş sahələrinə hücum çəkib - VİDEO

Veb TV | 19:24 • 31 May 2019
Göygöldə çəyirtkələr örüş sahələrinə hücum çəkib -

Göygöldə bəzi örüş sahələrini çəyirtkə sürüləri basıb.

Xezerxeber.az-ın məlumatına görə, çəyirtkə sürüləri əvvəlcə çöllüyə, tarlalara, daha sonra isə kəndin örüş sahələrinə daraşıb.

Göygölün Danayer kəndinin sakinləri deyir ki, bir müddətdir davam edən bu problem səbəbindən artıq heyvanlara otlaq sahə tapmaq müşkülə çevrilib. Sakinlərin sözlərinə görə, heyvanları məcburiyyətdən kənar ərazilərə aparmalı olurlar.

Göygöl Bitki Mühafizə Mərkəzindən bildiriblər ki, hazırda rayonun çəyirtkədən daha çox əziyyət çəkən Çaylı və Dozular kəndlərində həşəratlara qarşı mübarizə tədbirləri aparılır. Danayer kəndindən isə bununla bağlı müraciət daxil olmayıb. Buna baxmayaraq, bu ərazidə mübarizə tədbirlərinin aparılması mümkündür.

Ərazidə Çəyirtkələr çoxalsa da, digər tərəfdən təbii şəkildə məhv olur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti