Xəzər Xəbər

Dəmirçidən tapılan küplər inanmayanlara dərs olacaq VİDEO

Veb TV | 18:54 • 25 Aprel 2019
Dəmirçidən tapılan küplər inanmayanlara dərs olacaq

Şamaxıda arxeoloji qazıntılar zamanı 7 ədəd küp aşkar edilib.

Tədqiqatlar Dəmirçi-Lahıc yolunun 4-cü km-də yeraltı anbarda aparılıb. Orta əsrlərə aid küplərin ikisinin üzərində, bu əşyalar hazırlanarkən yaş gilin üzərinə barmaq basılaraq həkk olunan qədim türk tayfalarına aid "Damğalar" diqqəti çəkib.

Sözügedən ərazidə daha əvvəl də arxeoloji qazıntılar aparılıb. Bu zaman çay və qaya daşlarından inşa edilmiş qala divarları aşkara çıxarılıb. Bundan başqa, müxtəlif formalı və ölçülü saxsı şirsiz qab fraqmentləri, dəmirdən hazırlanmış ox ucları, əqiq və pastadan hazırlanmış muncuqlar və digər əşyalar da aşkar edilib.

Aşkarlanmış maddi mədəniyyət nümunələri Dəmirçi Arxeoloji muzeyinə təhvil verilib. Tədqiqatlar zamanı tapılan bu və digər nümunələr müxətəssislər tərəfindən öyrənilir və bərpa edilir.

Xəbər lenti