Xəzər Xəbər

Avtobus və yük avtomobilləri istehsalı zavodunun təməli qoyulub - VİDEO

Veb TV | 19:32 • 19 Aprel 2019
Avtobus və yük avtomobilləri istehsalı zavodunun təməli qoyulub -

Aprelin 19-da Hacıqabul Sənaye Məhəlləsində "Azərmaş” ASC-nin "Qartal” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə avtobus və yük avtomobilləri istehsalı zavodunun təməli qoyulub.

Xezerxeber.az-ın məlumatına görə, tədbir Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmaninin iştirakı ilə baş tutub.

Dəyəri 10 milyon avro ilə ölçülən bu layihədə "Azərmaş" ASC 25%, "Kartal Az" MMC isə 75% paya malikdir. Vəsaitin 6 milyon avrosu ilkin mərhələdə, 4 milyon avrosu isə ikinci mərhələdə ayrılacaq.

5 hektar ərazini əhatə edəcək sənaye müəssisəsində ilkin mərhələdə 100 nəfər çalışacaq. Tədricən işçilərin sayı 200-yə çatdırılacaq. İstehsal prosesində İsveç, Almaniya, Türkiyə və İran avadanlıqlarından istifadə olunacaq. Avtobus və yük avtomobillərinin MDB ölkələri, Mərkəzi Asiya, İran və Pakistana satılması nəzərdə tutulur. İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, Azərbaycanda 1000-dən çox İran şirkəti qeydiyyatdan keçib, İran Azərbaycana 3,4 mlrd. ABŞ dolları həcmində investisiya yatırıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti