Xəzər Xəbər

Gəncədə erməni diversanta hökm oxundu VİDEO

Veb TV | 19:04 • 27 Fevral 2019
Gəncədə erməni diversanta hökm oxundu

Azərbaycanda terror aktı törətməyə cəhd göstərməkdə təqsirləndirilən erməni diversant Karen Armeni Kazaryanın cinayət işi üzrə keçirilən proses başa çatıb.

XəzərXəbər-in məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Kəramət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Karen Kazaryan cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 20 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, erməni diversant Karen Armeni Kazaryan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin həyat və sağlamlıq əleyhinə olan cinayətlər, İqtisadi fəaliyyət sahəsində olan cinayətlər,İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər, Dövlətin Konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlər, İdarəetmə qaydası əleyhinə olan cinayətlərdə təqsirli bilinib.

O, 2018-ci il iyulun 15-də Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qoşunların təmas xəttindəki minalanmış, tikanlı məftil və mühəndis maneələri ilə təchiz olunmuş sahədən keçib.

Kəmərli kəndinin kənarı ilə Qazax şəhəri istiqamətində, təxminən, 50-100 metr məsafəni qət etdikdən sonraşəxsi mal-qarasını otarmağa çıxarmış kənd sakinlərinin diqqətini cəlb etdiyindən, onlar tərəfindən müvafiq dövlət qurumlarına məlumat verilib.

K.Kazaryan həmin gün səhər saat 07:00-daAzərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən görülmüş müvafiq tədbirlər nəticəsində Qazax rayonunun Kəmərli kəndinin "Balakənd” adlandırılan ərazisində tutulub.

Xəbər lenti