Xəzər Xəbər

Azərbaycan-Almaniya əməkdaşlığı müzakirə edilib VİDEO

Veb TV | 18:51 • 31 Yanvar 2019
Azərbaycan-Almaniya əməkdaşlığı müzakirə edilib

Bakıda Almaniya-Azərbaycan Yüksək Səviyyəli İşçi Qrupunun 8-ci iclasında keçirilib. İclasda hər iki ölkənin nazirliklərinin, dövlət idarələrinin rəsmiləri iştirak ediblər.

İclasda Azərbaycan və Almaniya arasında iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti, sonuncu iclasdan sonra görülmüş işlər, qarşıdakı dövr üçün iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi kimi məsələlər müzakirə edildi. Qeyd edildi ki, hər iki tərəf müxtəlif sahələrdə əlaqələrin inkişafında maraqlıdırlar və bu tendensiya davam etdiriləcək.

İclasdan sonra jurnalistlərin suallarını cavablandıran İqtisadiyyat Nazirinin müavini Rüfət Məmmədov bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb.

Rüfət Məmmədov vurğulayıb ki, həyata keçirilən islahatlar nəticəsində azərbaycana investisiya yatıran ölkələrin sayı artmaqdadır.Onlar arasında alman şirkətləri dəvar.

Rüfət Məmmədov Azərbaycandan Almaniyaya qeyri neft məhsulların ixracının genişləndirilməsinin hədəfləndiyini vurğulayıb. Onunsözlərinə görə başda Almaniya olmaqla

Avropa ölkələrinə xüsusilə konservləşdirilmiş məhsulların, fındığın, meyvə şirələrini ixracı planlaşdırılır.

Xəbər lenti