Xəzər Xəbər

Bölgələrdəki mədəniyyət obyektləri müasirləşdiriləcək - VİDEO

Veb TV | 20:10 • 25 Yanvar 2019
Bölgələrdəki mədəniyyət obyektləri müasirləşdiriləcək -

Bölgələrdə olan köhnə mədəniyyət obyektləri, eləcə də kitabxanalar bağlanacaq və yaxud müasirləşdiriləcək.

Prezident İlham Əliyevin yanvarın 15-də imzaladığı "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" sərəncamı mədəniyyət sahəsində müasir sistemin qurulmasını, mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsini və mədəniyyət müəssisələrinin fəaliyyətinin optimallaşdırılmasını nəzərdə tutur.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə açıqlama verən mədəniyyət naziri Əbülfəs Qarayev deyib ki, köhnə kitabxanalar fəaliyyətini davam etdirə-etdirə müasirləşdiriləcək. Hazırda bu sistem ətraflı təhlil olunur.

Əbülfəs Qarayevin sözlərinə görə, bu sahədə çalışan insanların işsiz qalmamasına xüsusi fikir veriləcək. Amma bununla belə işçilərin bilikləri də təkmilləşdiriləcək.

Əbülfəs Qarayev Xızıya səfəri çərçivəsində Cəfər Cabbarlının rayonda yerləşən ev-muzeyinin fəaliyyəti ilə də tanış olub. Nazir bildirib ki, görkəmli ədibin 120 illik yubileyinin yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi addımlar atılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti